Özümü sevirəm;səni özüm kimi bildiyim üçün.
Özümü sevirəm; səni daha mükəmməl sevmək üçün.
Özümü sevirəm; ürəyimdə sənə daha çox yer vermək üçün.
Özümü sevirəm; səni qarşılıqsız sevməyin xoşluğunu hiss etmək üçün
══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════
Qırmızı güllər və Sən ; ürəyim gülümsəyər ,sizlərlə.
Qırmızı güllər və Sən ; günlərim aydınlıq,sizlərlə.
Qırmızı güllər və Sən ;gözlərim al-əlvan,sizlərlə.
Qırmızı güllər və Sən ;dəlidivanəyəm və xoşbəxtəm,sizlərlə.
══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════
İnsanın kirlənməsi,təbiətinkindən vacib deyilmi?
İnsanın kirlənməsindən daha məhvedici nə var,
Yaşadığımız həyat pis və yaxşının mübarizəsi deyilmi?
Qalib olacaq tərəf;düzgünlük və doğruluq deyilmi?
══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════
Ay düşəndə ağlıma,yorğun və tənha döşəyimdə
Qayğıyla oyanıram; axtarar əlllərim əllərini
Vüsala çatılır bir nəfəs;sən məni,mən səni
Öptüyümüz,sevdiyimiz və əzizlədiyimiz aylı gecədə.
══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════
Qulaq ver! ulduzların fəryadın duyarsan
Gecənin tənha saatlarında ;sən də yanarsan
Nəfəs ver buludlara ; yer açılsın ikimizə.
Dərin yuxular haram olsun,səssizliyimizə.
══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════
Səssizliyi parçalayan bəyaz üz ,yoxsa sənsən?
Gecənin sərin dəqiqələrində məni öpən kölgən?
Örtür fəryad-fəryada,xoşbəxtliyimi dərindən.
Keçir dalğalar,fəryadım dalğalar təpəsindən
══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════
Həyat ver! istiliyə sonsuzluq qədər susuzlamışam.
Gecənin dəhşəli çağında ürəyinə sığınmışam
və Nəfəsinə,bəyaz dişlərinə,çəhrayı dodaqlarına.
Sənsizliyimsə fəryad-fəryada düşür yoxluğuna.
══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════
Uzun bir yolun sonuna çatıram
Həyatın çağlarını dolu-dolu yaşayıram.
İşıq daha gözəl,rənglər daha canlı.
Dünən olanlar sabah olmayacaq,gəldim gedirəm.
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(DÖRTLÜKLER)