ÜRKƏK VƏ YARALI CEYRAN

İllər,illər əvvəl,
Dəliqanlığımın ilk səhifələrində,
Bir yaz başlangıcında rast gəldim O’na.
Saralmış daşdan dədə evinin torpaq damında
Ürkək və yaralı Ceyranıma.
Hər səhər işıl-işıl gün doğanda,
Dədə evinin gül qoxulu eyvanında
Ürkək və Yaralı Ceyranımı seyr etmək
Yaşamaq sevincim oldu,bir anda.

Günəşə mərhaba deyən ağaclar,
Eyvanı və Ceyranımı qoruyan asmalar,
Utanqac qanad çırpan göyərçinlər kimi
Ürəyim-ürəyim atan məni saxlar
və Mən; ürkək və yaralı Ceyranımı,
Məsum uşaqlığımızın sevgisini izlər,
Gecələri yuxularıma həbs edərdim.
Gözəlliyilə ürkək və yaralı Ceyranım
Yuxularımda taxt qurmuş,
İri ceyran gözlərinin işıltısında
İlk gəncliyimin həyəcanlarını yaşayır,
Göyüzündə,yusuftutan quşlar kimi
Dədə evinin üzərində uçar,uçardım.

Suya həsrət torpaqlarda Ceyranım üçün;
Gül üzünə bənzəyən güllər yetişdirər,
Kiçik xoşbəxtliklərlə kifayətlənən,
Sevgiyə ac dəliqanlı ürəyimin
Ən gizlin sevda köşələrində
Onunçün bülbüllər bəsləyərdim.

Dəryalar kimi şəffaf gözəlliyi,
Uzun incə ayaqları,qıvraq vücudu,
Alımlı bədəni və ceyran ürkəkliyi
Gözlərimin içinə həbs olmuş;
Unuda bilməz,unutmaq istəməzdim.

Günlər,günlər boyu ürkək və yaralı
Ceyranımı izlədim;yoxluqdan gəlib
Qara tənhalığa,başlıq pulu uğruna
Məhbəs edib məsum gözəlliyini.

Özünü tutsaq edən evin damında
Sevməməyin və sevilməməyin tənhalığını
Öz tənhalığı ilə paylaşardı.
Və Mən, daş qəlbli divarların ardında,
Gül qoxularını özümə sipər edib
Ürkək və yaralı Ceyranımı izləyərdim.

Tənhalığın dörd divar arasındakı zindanında,
Qapqara gecələri yaşamaq məcburiyyətində qoyulan
Ürkək və yaralı Ceyranım günəşə çıxanda
Uzaqlara,suya həsrət ovaya,
Ömrünün ilk illərini paylaşdığı
Anasının,atasının və qardaşlarının yaşadığı
Arıpətəyi evlərə baxar və onlara
Qorxunc səssiz fəryadlarını yollayardı.

Hər ikimiz də ürkəkdik ;
O yaralı və tənha Ceyran,
Mən isə yaralı ceyranıma Məcnundum.
Mən bağçanın daş divarları arxasında,
O,bir ovuc yaşamın sığınağında,
Bu utanqac qovalamacanı birlikdə yaşadıq.

Ta ki ürəklərə dərt düsürən
O qəmli hadisə yaşananadək.
O sabah,qaçaq sevdamıza
Gözətçilik edən qara üzümü salxımı boyun əymiş
Açan güllər yarpaqlarını tökmüşdü.
Daş divar fəryad-fəğana düşmüş,
Ürkək və yaralı Ceyranım
Gedilib də dönülməyən yola
Zamansız və mənsiz çıxmışdı.

Daş eyvanı alqırmıyı qana bürünmüş,
Ürkək və yaralı Ceyranımın yarı açıq gözləri
Ürəyimə bir ox kimi sancılmışdı.
Balaca ağzı,Ceyranımın qədərini damcıladır,
Və mənim dəliqanlı gözyaşlarıma qarışırdı.
Nə Ceyranımın səsi çıxırdı,
Nə də mənim səsim-səmirim yaşayır.
Hıçqırıqlarım gözyaşlarımda gizləndi
və Mən, ürkək dəliqanlığımı,
O gündən bəri ürəyimə həbs etdim.

İllər,illər sonra,
Qocalığımın son səhifələrini yaşadığım zamanda,
Xatırladım O’nu bir yaz başlağıcında.
Və Ürəyimi sızıldatan sualı verdim özümə
İntiharmı yoxsa qəzamı?
Bir bilinməzdi,yaşandı və qısa bitti

Çeviren : Ayşen Savadova

(ÜRKEK ve YARALI CEYLAN )

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı Azerbaycan Türkçesi içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s