Divara asılan çərçivə içində,
Köhnə zaman şəkillərində
Solmuş üzlərdə oxunan
Keçmiş və bugün fərqliliyi,
və Həyatın həqiqəti,çətinliyi
Gecə-gündüz təmizə çəkirəm.
Sözün tükəndiyi yerdə cibimdəki daşları
Açıq-aşkar bir-bir saçıram
Yaddaşım dirənir,
Vicdanım dirənir,
və Ürəyim dirənir.
Yaddaşımın çatılmaz dərinliklərində
Dirənən qısqanclıqla gizlənən xatirələrim,
Dağları aşan zamanın incə damarlarında
Yaşayan uşaqlığım, gedib gəlir.
Ölümlə yaşam arasında,
Unutmamaq üçün kim olduğumu
və Sevdalarımın necə yaşadığımı anlamaq üçün
Keçmişi bugünlə birlikdə yaşayıram.
Xatirələrim dirənir,
Varlığım dirənir,
Və Zaman dirənir.
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin BAYRAMOĞLU
(DİRENİYORUM)