Küknar ağacının qışqırığı və ya HES qiyaməti

061

Torpağa möhkəmcə tutunmuş küknar ağacıyam
Təpələrdən təpələrə
Vadilərdən vadilərə
Dolu dizgin adlayan.
Şimal rüzgarlarına
Gecə-gündüz,yaz-qış,
Min illik dostluqla qucaqlayan
Öpüb-öpüb qoxlayan küknar ağacıyam…..

Sərt rüzgarlara dirənən
Qayaları sökən,damları uçuran,
Qapqara rüzgarlara
Tərpənmədən dirənən küknar ağacıyam….

Bu torpaqların dəliqanlısıyam,
Bu torpaqların xass övladıyam,
Tünd-qırmızı torpağı yurd edinən,
Tarixdən gəlib tarixə yol alan
Könlü qırıq,boynu bükük küknar ağacıyam….

Yaralıyam,
Qanım axır axar sularda,
Palçıq-palçıq qanım,
Qatranım axır dəli-dolu sularda
Sızım-sızım qanım.
Tacım: başı əyrı.
İynələrim: canı itik.
Səltənətim: qalası düşük….
Tarixdən gələn,tarixə yol alan küknar ağacıyam.

Talanan,kəsilib yox edilən
Dilim-dilim,parça-parça….
Şimal rüzgarlarına boyun əyməyən,
Vəhşi soyuqlara əl-aman deməyən,
Toxumunu,fidanını,sürgününü
Yox edən canavarlara,zalimlərə
Körpəsini qoruyan anayam.
Anadolunun Koroğlusu,küknar ağacıyam.

Budaqlarım,qollarım quruyan,
Çarəsizlikdən kor quyulara ulayan,
Bağrı yanıq,gözü yaşlı küknar ağacıyam.

Eşidin səsimi.
Durdurun sədləri,
Durdurun bəndləri,
Barajları,kanalları….
Durdurun HES’ləri.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(LADİN AĞACININ HAYKIRIŞI veya HES KATLİAMI)

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı Azerbaycan Türkçesi içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s