“Ölümsüz eşqimizdə ən tez yorulan
sən olacaqsan” dedin,sevgilim.
“Sevməkdən usanmayan ürəyimə” söylədim.
İnanmadı sözlərinə ürəyim,bezib usanmayan.
“Ya aşiq olmamışdır,ya da ölümsüz eşq nədir?
Bilmir,hələ yaşamamışdır” dedi.
Başımı yerə əydim və susdum amma əl çəkmədi.
“Sevməkdən yorulmayan,mən deyil,ürəyimdi”.
“Mənim sözüm yalansa,çağır sevdiyini,
Göstərsin ölümsüz üzünu,sənə.
Əgər yanıldımsa,sevdan sevdam olsun mənə
ölümsüz eşqlə sevəcəyəm,sevgilini”.
Sən nə deyirsən? Ölümsüz eşqlə sevdiyim…
Sonsuzadək susum,yolunu gözlədiyim,
Yoxsa bağırım dünyaya sevgini
ölümsüz eşqlə sevir,sevgilim,məni?
Uyarlayan : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu